Rusiyalı deputatlar və ekspertlər Ağdamın Cümə məscidində - YENİLƏNİB

Rusiyalı deputatlar və ekspertlər Ağdamın Cümə məscidində -  YENİLƏNİB
  01 May 2021    Oxunub:9495
Ağdamda səfərdə olan rusiyalı deputatlar, ekspertlər və jurnalistlər Cümə məscidini ziyarət ediblər. Qonlaqlar burada ermənilərin törətdikləri vəhşiliyə şəxsən şahid olublar.
Onlar əvvəlcə Ağdam şəhərində ermənilər tərəfindən viran qoyulmuş infrastruktur obyektlərinə və Dram Teatrının qalıqlarına baxıblar. Səfər zamanı rusiyalı nümayəndələrə ermənilərin müharibə cinayətləri, mədəni, tarixi və dini abidələri məhv etmələri barədə məlumat verilib.

***
Rusiyalı deputatlar, ekspertlər və jurnalistlər Ağdam şəhərinə səfər zamanı Şəhidlər xiyabanını ziyarət ediblər.

Qonaqlara məlumat verilib ki, ermənilər Şəhidlər xiyabanındakı qəbirlərin əksəriyyətini qarət məqsədilə qazaraq dağıdıblar.

Qeyd olunub ki, burada Birinci Qarabağ müharibəsində şəhid olan qəhrəman Vətən övladları, o cümlədən Xocalı soyqırımında öldürülən şəhər sakinlərinin bir hissəsi dəfn edilib.



***
Rusiyalı deputatlar, ekspertlər və jurnalistlər Ermənistan işğalından azad olunmuş Ağdam şəhərindəki İmarət qəbiristanlığını ziyarət ediblər.

Azvision.az xəbər verir ki, qonaqlara İmarət qəbiristanlığı barədə məlumat verilib.

Bildirilib ki, burada Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın və xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş hökmdarlar - İbrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın məzarları olub.



Qarabağ xanlarının nəslindən olmuş digər görkəmli şəxslər də bu qəbiristanlıqda dəfn edilib. Ağdam şəhəri işğal olunduqdan sonra Pənahəli xanın buradakı sarayı və qəbiristanlıq erməni vandalizminə məruz qalıb. Erməni vandalları İbrahimxəlil xanın türbəsini və Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın qəbirüstü abidəsini də dağıdıblar.

İşğal edilən ərazilərdəki məscidlər, məzarlıqlar kimi Pənahəli xanın imarəti də ermənilər tərəfindən təhqir edilib. Tövlə kimi istifadə edilən xan sarayında inək və donuz saxlanılıb.

***
(13:00)

Rusiyalı deputatların və ekspertlərin Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə səfəri başlayıb.

Azvision.az xəbər verir ki, nümayəndə heyətinin viran qoyulmuş Ağdam şəhərində Cümə məscidi, İmarət qəbiristanlığı, Çörək muzeyi və Dram Teatrının qalıqları, Şahbulaq qalası ilə tanış olmaları nəzərdə tutulur.

Azvision.az


Teqlər: Ağdam   Rusiya  





Xəbər lenti