“Ermənistanın Qarabağı hərbi yolla qaytarmaq şansı yoxdur” - Minasyan

  01 May 2021    Oxunub : 4414
 “Ermənistanın Qarabağı hərbi yolla qaytarmaq şansı yoxdur” -   Minasyan
Ermənistanın Vatikandakı keçmiş səfiri, eks-prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyan ölkəsinin siyasi, iqtisadi, psixoloji və hərbi cəhətdən tələdə olduğunu deyib.
Azvision.az xəbər verir ki, Ermənistandakı revanşist iddialara münasibət bildirən keçmiş diplomat yaxın illər ərzində Qarabağı yenidən güc yolu ilə ələ keçirməyin mümkün olmadığını vurğulayıb.

"Qarabağ yaxın beş il ərzində ermənilərdən təmizlənəcək və tezliklə azərbaycanlıların geri dönməsi başlayacaq ki, bu da erməni köçünü daha da stimullaşdıracaq. Ermənistanın yaxın on ildə Qarabağı hərbi yolla geri qaytarmaq şansı yoxdur. Bu torpaqları əldən verəndən sonra Ermənistanın bugünkü əsas problemi pantürkizmin hədəfinə çevrilən Sünikdir (Zəngəzur-red.). Bütün səylərimizi Sünik qalasını qorumağa cəmləşdirməliyik.

Bizim bunu edə biləcək ordumuz, resurslarımız və insanlarımız yoxdur. Nikol göstərdi ki, onlar ordu quran və yaradanlara nələr edirlər. Ən əsası isə, xalqın heç bir xarici problemi həll edə bilməyən və daxili böhrandan çıxmaq üçün gücsüz qalan orduya inamı yoxdur. Ayıq olmalı və başa düşməliyik ki, Ermənistanın özünü müdafiə etmək üçün diplomatiyadan başqa yolu yoxdur", - deyə sabiq səfir vurğulayıb.

Tural Tağıyev
Azvision.az

Teqlər: Minasyan   Qarabağ   Tələ