Çavuşoğlu Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verdi

   Çavuşoğlu Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verdi
  01 May 2021    Oxunub:3540
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun vəfatı ilə əlaqədar başsağlığı verib.
Azvision.az xəbər verir ki, M. Çavuşoğlu “Twitter” hesabından etdiyi paylaşımında yazıb:

“Can Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov qardaşımın vəfatını böyük üzüntüylə öyrəndim. Mərhuma Allahdan rəhmət, ailəsinə və bütün azərbaycanlı qardaşlarımıza səbir və başsağlığı diləyirəm. Məkanı cənnət olsun”.

Qeyd edək ki, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən Azad Rəhimov aprelin 30-da ABŞ-da müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Azvision.az


Teqlər: Azad-Rəhimov  





Xəbər lenti