Azərbaycanda daha 2104 nəfər COVID-19-dan sağaldı

  Azərbaycanda daha 2104 nəfər COVID-19-dan sağaldı
  01 May 2021    Oxunub:3439
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1213 yeni yoluxma faktı qeydə alınıb, 2104 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 21 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 320 322 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 291 564 nəfər müalicə olunaraq sağalıb, 4538 nəfər vəfat edib. Aktiv xəstə sayı 24 220 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 692, ötən müddət ərzində isə ümumilikdə 3 253 878 test aparılıb.



Azvision.az


Teqlər: Nazirlər-Kabineti   Koronavirus  





Xəbər lenti