“Azad Rəhimov hamıya qayğı ilə yanaşan səmimi dost idi” - Mikayıl Cabbarov

 “Azad Rəhimov hamıya qayğı ilə yanaşan səmimi dost idi” -    Mikayıl Cabbarov
  01 May 2021    Oxunub:7218
"Gənclər və idman naziri Azad Rəhimovun vəfatı xəbəri hamımızı dərindən kədərləndirir".

Azvision.az xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında yazıb.
"Azad müəllim sadəliyi, işgüzarlığı ilə seçilən, gülərüz, həyat eşqi ilə dolu insan idi. Vətəninə sadiq, dövlətini sevən, xalqına bağlı ictimai xadim, hamıya qayğı ilə yanaşan səmimi dost idi, Azad müəllim. Həmkarımızın əziz xatirəsi daim qəlbimizdə yaşayacaq. Ailəsinə və yaxınlarına səbir diləyirəm, bu itki hər birimizi dərindən ağrıtdı. Allah rəhmət eləsin", - paylaşımda qeyd olunub.

Qeyd edək ki, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən Azad Rəhimov aprelin 30-da ABŞ-da müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Azvision.az


Teqlər: Azad-Rəhimov  





Xəbər lenti