“Azad Rəhimov xalqını sevən dövlət xadimi kimi yaddaşlarda qalacaq” - Nazir

  “Azad Rəhimov xalqını sevən dövlət xadimi kimi yaddaşlarda qalacaq” -    Nazir
  01 May 2021    Oxunub:3580
"Gənclər və idman naziri Azad Rəhimovun dünyasını dəyişməsini dərin kədər hissi ilə qarşıladıq".
Azvision.az xəbər verir ki, bu sözləri təhsil naziri Emin Əmrullayev "Facebook" səhifəsində yazıb.

"Azad Rəhimov ölkəmizdə gənclər və idman siyasətinin inkişafında böyük xidmətləri olan nikbin, xalqını sevən dövlət xadimi kimi yaddaşlarda qalacaq. Ailəsinə və yaxınlarına səbir diləyirik. Allah rəhmət eləsin!", - deyə nazir bildirib.

Qeyd edək ki, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən Azad Rəhimov aprelin 30-da ABŞ-da müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Azvision.az


Teqlər: Azad-Rəhimov  





Xəbər lenti