Fransadakı aksiyalarda 30 polis yaralandı - FOTOLAR

  Fransadakı aksiyalarda 30 polis yaralandı -  FOTOLAR
  02 May 2021    Oxunub:4276
Fransanın paytaxtı Parisdə 1 May nümayişlərindəki qarşıdurmalarla əlaqədar 34 etirazçı saxlanılıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Jerald Darmanen bildirib.

Onun sözlərinə görə, xuliqanlıqda ittiham edilən nümayişçilər polislərə hücum edib və yaxınlıqdakı mağazaların şüşələrini qırıb, zibil qutularını yandırıblar.

Məlumata görə, Lion şəhərində toqquşma nəticəsində 30-a yaxın polis əməkdaşı xəsarət alıb. Polislər nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.









Azvision.az


Teqlər: Fransa   Aksiya   Polis  





Xəbər lenti