Koronavirusa yoluxanların sayı 870 mindən çox artdı

  Koronavirusa yoluxanların sayı 870 mindən çox artdı
  02 May 2021    Oxunub:3500
Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 870 mindən çox artıb.
Azvision.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında qeyd olunub.

Məlumata əsasən, ötən sutka ərzində 870 min 405 nəfər koronavirusa yoluxub, 14 min 661 pasiyent dünyasını dəyişib. Virusa yoluxanların ümumi sayı 152 milyon 662 min 874, ölənlər isə 3 milyon 202 min 261 nəfərə çatıb.

Dünyada indiyədək ən çox yoluxma halı ABŞ (33,1 milyon), Hindistan (19,5 milyon), Braziliya (14,6 milyon), Fransa (5,6 milyon) və Türkiyədə (4,8 milyon) aşkarlanıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya   Yoluxma  





Xəbər lenti