Düşənbədə güclü partlayış: 29 nəfər yaralandı - VİDEO

 Düşənbədə güclü partlayış:  29 nəfər yaralandı - VİDEO
  02 May 2021    Oxunub:3102
Tacikistanın paytaxtı Düşənbədə güclü partlayış olub.
Azvision.az xəbər verir ki, hadisə Zarafşon mikrorayonunda yerləşən yanacaqdoldurma məntəqəsində baş verib.

İlkin məlumata görə, partlayış nəticəsində 29 nəfər yaralanıb. Onların 5-nin vəziyyəti ağırdır.

Partlayış zamanı alovun hündürlüyü 50 metrə çatıb. Yaxınlıqdakı evlərə ziyan dəyib. Hadisə yerinə gələn 10 yanğınsöndürən maşın bir neçə saat ərzində yanğını söndürə bilib.

Partlayışın səbəbləri araşdırılır.



Azvision.az


Teqlər: Tacikistan   Düşənbə   Partlayış  





Xəbər lenti