Generallar Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verdi

 Generallar Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verdi
  02 May 2021    Oxunub:3808
Müdafiə Nazirliyinin rəhbərliyi gənclər və idman naziri Azad Rəhimovun vəfatı ilə əlaqədar başsağlığı verib.
Bu barədə Azvision.az -a Müdafiə Nazirliyindən məlumat verilib.

"Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycan Respublikasının gənclər və idman naziri cənab Azad Rəhimovun vəfatı xəbərini kədər hissi ilə qarşılayır, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Müdafiə naziri general-polkovnik Zakir Həsənov
general-polkovnik Kərəm Mustafayev
general-leytenant Kərim Vəliyev
general-leytenant Ramiz Tahirov
general-leytenant Nizam Osmanov".

Qeyd edək ki, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən Azad Rəhimov aprelin 30-da ABŞ-da müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Azvision.az


Teqlər: Azad-Rəhimov  





Xəbər lenti