ABŞ-da silahlı insident: Ölən və yaralılar var

ABŞ-da silahlı insident:  Ölən və yaralılar var
  02 May 2021    Oxunub:3351
ABŞ-ın Viskonsin ştatında kazinoda atışma baş verib. Silahlı insident nəticəsində iki nəfər ölüb.
Azvision.az xəbər verir ki, bu barədə "FOX 11" telekanalı məlumat yayıb.

Bildirilib ki, hadisə "Green-Bay" adlanan ərazidə yerləşən "Oneida" kazinosunda qeydə alınıb. Atəş nəticəsində 7 nəfər yaralanıb, 2 nəfər ölüb.

Polis şübhəli şəxsi zərərsizləşdirib. Onun məqsədli şəkildə atəş açdığı ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: ABŞ   Atışma  





Xəbər lenti