Kabildə güclü yanğın: 9 ölü, 14 yaralı

Kabildə güclü yanğın:  9 ölü, 14 yaralı
  02 May 2021    Oxunub:2330
Əfqanıstanın paytaxtı Kabilin şimalında şənbə günü axşam saatlarında baş vermiş yanğın nəticəsində ən azı 9 nəfər ölüb, 14 nəfər yaralanıb.
Azvision.az xəbər verir ki, bu barədə TOLO telekanalı ölkənin Daxili İşlər Nazirliyindəki mənbəyə istinadən məumat yayıb.

Bildirilib ki, Kabil yaxınlığında yerləşən ərazilərdən birində benzinlə dolu tanker alışıb. Güclü yanğın digər yanacaq daşıyan maşınlara, eləcə də yaxınlıqdakı yük maşınlarına və avtomobillərə keçib. Şahidlərin sözlərinə görə, ümumilikdə 50-yə yaxın nəqliyyat vasitəsinə ziyan dəyib.

Hadisə ilə əlaqədar olaraq, Kabilin bir çox bölgəsində elektrik enerjisinin verilişi dayandırılıb. Hazırda enerjinin bərpası üçün işlər davam etdirilir.

Yanğının baş vermə səbəbi hələlik məlum deyil.

Azvision.az


Teqlər: Əfqanıstan   Kabil   Yanğın  





Xəbər lenti