Berlində polislə qarşıdurma: 240 nümayişçi saxlanılıb

 Berlində polislə qarşıdurma:  240 nümayişçi saxlanılıb
  02 May 2021    Oxunub:2303
Almaniyanın paytaxtı Berlində 1 May nümayişlərində iştirak edən 240 nəfər saxlanılıb, ən azı 30 polis yaralanıb.
Azvision.az xəbər verir ki, bu barədə RBB telekanalı yerli polisə istinadla məlumat yayıb.

Berlikdə keçirilən aksiyalarda təxminən 30 min nəfər iştirak edib. Nümayişlər əvvəlcə dinc şəraitdə keçsə də, axşam saatlarında polislə qarşıdurma başlayıb. Beləliklə, aksiya iştirakçıları Neuköln bölgəsində polislərə daş, pirotexnika və şüşə butulkalar atıblar. Əraziyə cəlb olunan polislər nümayişçilərə qarşı gözyaşardıcı qazdan istinadə edib.

Ümumilikdə şəhərdə təhlükəsizliyin təmin olunmasına beş mindən çox polis cəlb olunub.

Azvision.az


Teqlər: Berlin   Aksiya   Nümayiş  





Xəbər lenti