Sabirabadda “KamAZ” aşıb, xəsarət alanlar var

Sabirabadda “KamAZ” aşıb,    xəsarət alanlar var
  02 May 2021    Oxunub:2931
Sabirabad rayonunun Şəhriyar kəndində “KamAZ” markalı yük avtomobili yol kənarına aşıb.
Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 2 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az


Teqlər: FHN   Qəza  





Xəbər lenti