“Sputnik V” vaksininin ilk partiyası Azərbaycana gətirildi

  02 May 2021    Oxunub : 2733
 “Sputnik V” vaksininin ilk partiyası Azərbaycana gətirildi
Rusiyadan Azərbaycana koronavirus əleyhinə vaksin gətirilib.
Azvision.az xəbər verir ki, Azərbaycanın Rusiyadan aldığı “Sputnik V” vaksininin ilk partiyası bu gün ölkəmizə çatdırılıb. İlkin olaraq 40 min doza peyvənd göndərilib.

Vaksini gətirən təyyarəni Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov, səhiyyə nazirinin müavini Viktor Qasımov, Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov və digər rəsmi şəxslər qarşılayıblar.

Qeyd edək ki, ümumilikdə 300 000 doza “Sputnik V” peyvəndinin Rusiyadan Azərbaycana idxalı nəzərdə tutulub.

Azvision.az

Teqlər: Vaksin   Sputnik