“Sputnik V” vaksini yüksək effektliliyə malikdir” - Viktor Qasımov

    “Sputnik V” vaksini yüksək effektliliyə malikdir” -    Viktor Qasımov
  02 May 2021    Oxunub:3442
“Sputnik V” vaksini özünü dünyada çox yaxşı göstərib, artıq 60-dan çox ölkədə qeydiyyatdan keçib.

Azvision.az xəbər verir ki, bunu Azərbaycanın səhiyyə nazirinin müavini Viktor Qasımov bildirib. Onun sözlərinə görə, Rusiya istehsalı olan “Sputnik V” vaksini yüksək effektliliyə malikdir.
Qeyd edək ki, bu gün Rusiyadan Azərbaycana “Sputnik V” vaksinlərinin ilk partiyası gətirilib. İlkin olaraq 40 min doza peyvənd göndərilib.

Vaksini gətirən təyyarəni Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov, səhiyyə nazirinin müavini Viktor Qasımov, Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov və digər rəsmi şəxslər qarşılayıblar.

Azvision.az


Teqlər: Viktor-Qasımov   Rusiya   Peyvənd  





Xəbər lenti