“Peyvəndin Bakıya gətirilməsi dostluq jestidir” - Rusiya səfiri

   “Peyvəndin Bakıya gətirilməsi dostluq jestidir” -    Rusiya səfiri
  02 May 2021    Oxunub:2636
"Rusiya pandemiyaya qarşı mübarizədə qardaş Azərbaycana kömək etmək üçün əlindən gələni edir".

Azvision.az xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov deyib. Onun sözlərinə görə, “Sputnik V” vaksininin Bakıya gətirilməsi Rusiyanın Azərbaycana münasibətində dostluq jestidir.
"Peyvənd Azərbaycanın koronavirus infeksiyasına qarşı mübarizəsində öz töhfəsini verəcək. Əminəm ki, bugünkü aksiya ölkələrimiz arasında çox yaxın və mehriban xarakterli münasibətlərin daha da möhkəmləndirilməsinə xidmət edəcək”, - deyə səfir bildirib.

Qeyd edək ki, bu gün Rusiyadan Azərbaycana “Sputnik V” vaksinlərinin ilk partiyası gətirilib. İlkin olaraq 40 min doza peyvənd çatdırılıb.

Azvision.az


Teqlər: MixailBoçarnikov  





Xəbər lenti