Mir Cəlalın heç yerdə görmədiyiniz fotoları - AzTV bu gün arxivləri açacaq

  02 May 2021    Oxunub : 3576
Mir Cəlalın heç yerdə görmədiyiniz fotoları -    AzTV bu gün arxivləri açacaq
Azərbaycan Televiziyasında yayımlanan, geniş tamaşaçı kütləsinin marağını çəkmiş “Yüz ilin adamları” layihəsinin budəfəki buraxılışı görkəmli yazıçı Mir Cəlal Paşayevə həsr olunub.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, layihə komandası Mir Cəlalın həyat və yaradıcılığını araşdırıb, onunla bağlı bilinməyən faktları ortaya çıxarıb.

Verilişdə ədibin heç yerdə görmədiyiniz fotoları, həyat və yaradıcılığı ilə bağlı eşitmədiyiniz məqamlar, arxiv materiallar nümayiş olunacaq.

Tarın qadağa olunduğu vaxtlarda Mir Cəlal milli kimliyinə sevgisini gizlətməyib, hətta bu musiqi aləti ilə foto da çəkdirib. Bu və bunun kimi kadrlara bu gün - 2 may saat 22:00-da AzTV-də yayımlanacaq “Yüz ilin adamları”nda baxa bilərsiniz.



Azvision.az

Teqlər: MirCəlalPaşayev