“Qanunu öldür”: Londonda etiraz aksiyası keçirildi

   “Qanunu öldür”:    Londonda etiraz aksiyası keçirildi
  02 May 2021    Oxunub:2152
Londonda təhlükəsizlik güclərinin səlahiyyətlərinin dəyişdirilməsini nəzərdə tutan qanun layihəsinə qarşı etiraz aksiyası keçirilib.
“Qanunu öldür” (Kill the Bill) plakatlarını daşıyan aktivistlər Londonun tarixi “Trafalgar” meydanından Daxili İşlər Nazirliyinə yürüş ediblər. Aktivistlər çıxışlarında etiraz hüququnun təhlükə altında olduğunu və polisə daha çox güc verilməsinə qarşı olduqlarını söyləyiblər.

Məlumata görə, mitinq iştirakçılarından 9 nəfər həbs olunub.

Londondakına bənzər nümayişlər Bristol, Şefild, Mançester və Nyukasl şəhərlərində də təşkil edilib.

Qeyd edək ki, Britaniyada koronavirusla əlaqədar toplaşmaq və kütləvi tədbirlərin keçirilməsi qadağandır.



Azvision.az


Teqlər: Britaniya   Etiraz   Aksiya  





Xəbər lenti