Türkiyədə koronavirusla bağlı son vəziyyət

   Türkiyədə koronavirusla bağlı son vəziyyət
  03 May 2021    Oxunub:3836
Türkiyədə son sutka ərzində 340 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 25 min 980 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 4 milyon 875 min 388, pandemiya qurbanlarının sayı isə 40 min 844 nəfərə çatıb.

Türkiyədə indiyədək 4 milyon 480 min 381 pasiyent (son sutkada 75 min 182 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti