"YAŞAT" daha 5 şəhid ailəsinin borc öhdəliklərini qarşıladı

 "YAŞAT" daha 5 şəhid ailəsinin borc öhdəliklərini qarşıladı
  03 May 2021    Oxunub:2239
26 aprel-2 may tarixlərində 77 şəhid və qazi ailəsinin məişət şəraiti yaxşılaşdırılıb.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Azvision.az -a verilən məlumata görə, "YAŞAT" Fondu tərəfindən bu tarix ərzində 68 qazinin tibb xərcləri ödənilib.

Bundan əlavə 5 şəhid ailəsinin və qazinin borc öhdəlikləri qarşılanıb.

Qeyd olunub ki, daha 20 şəxsin məişət şəraitinin yaxşılaşdırılması, 40 şəxsin tibb xərclərinin ödənilməsi və 6 şəxsin borc öhdəliklərinin qarşılanması istiqamətində işlər görüləcək.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: YAŞAT   Fond  





Xəbər lenti