Ermənistanın sabiq Baş Qərargah rəisinə cinayət işi açıldı

  03 May 2021    Oxunub : 5677
   Ermənistanın sabiq Baş Qərargah rəisinə cinayət işi açıldı
Ermənistan Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi, general-polkovnik Movses Akopyana qarşı cinayət işi açılıb.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) general barəsində cinayət məcəlləsinin 306-cı maddəsi (dövlət sirri təşkil edən məlumatı elan etmə) ilə cinayət işi başladıb.

Movses Akopyan məlumatı təsdiqləyib. O, iş üzrə MTX-da dindirildiyini, yaşayış yerini tərk etməmək barədə iltizam alındığını bildirib.

Qeyd edək ki, Akopyan ötən ilin noyabrında keçirdiyi mətbuat konfransında sensasion açıqlamalar vermişdi.

Azvision.az

Teqlər: Ermənistan