“Azərbaycanda vaksin qıtlığı yoxdur” - Komitə sədri

  04 May 2021    Oxunub : 2369
 “Azərbaycanda vaksin qıtlığı yoxdur” -   Komitə sədri
Azərbaycanda vaksin qıtlığı yoxdur, eyni zamanda ölkəmizə daha iki yeni vaksin növü gətirilib.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Komitə sədri bildirib ki, Rusiya kimi vaksin istehsal edən bir sıra ölkələrdə peyvənd olunanların sayı Azərbaycandan iki dəfə azdır: “Artıq ölkəmizə gətirilən yeni vaksinlərdən də istfadə olunacaq. Azərbaycanda vaksin qıtlığı yoxdur”.

Ə.Əmiraslanov əlavə edib ki, Azərbaycanda vaksin olunanların gündəlik sayı təxminən 15 mindir.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Vaksin   Peyvənd