“Qarabağ” xal itirdi, “Sumqayıt” uduzdu - YENİLƏNİB

 “Qarabağ” xal itirdi, “Sumqayıt” uduzdu -  YENİLƏNİB
  05 May 2021    Oxunub:4016
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 25-ci tura yekun vurulub.
Azvision.az xəbər verir ki, sonuncu oyun günündə "Qarabağ" klubu "Zirə"ni qəbul edib. Görüş 1:1 hesabı ilə başa çatıb. Ağdam təmsilçisi öz meydanında xal itirsə də, turnir cədvəlində liderliyini qoruyub.

Turun son qarşılaşmasında "Sumqayıt" və "Sabah" komandaları üz-üzə gəliblər. Matç "Sabah"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

25-ci turun nəticələri:

“Sumqayıt” – “Sabah” - 0:2
“Qarabağ” – “Zirə” - 1:1
“Səbail” –“Qəbələ” - 1:0
“Keşlə” – “Neftçi” - 0:3



Azvision.az


Teqlər: Qarabağ   Futbol   Klub  





Xəbər lenti