Sarkisyanla blok yaratmaq narazılıq doğurdu: "Vətən"də parçalanma

Sarkisyanla blok yaratmaq narazılıq doğurdu:  "Vətən"də parçalanma
  05 May 2021    Oxunub:2752
Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın rəhbərlik etdiyi Respublika partiyası ilə Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsiyanın sədri olduğu "Vətən" partiyasının seçki bloku yaratmaq qərarı narazılıqla qarşılanıb.
Azvision.az xəbər verir ki, bu barədə "Hraparak" nəşri yazıb.

Məlumata görə, qərar xüsusilə "Vətən" partiyasında birmənalı qarşılanmayıb.

Üstəlik, bu qərarın açıqlanmasından sonra "Vətən"in üç nümayəndəsi partiyanın sıralarından çıxmaq üçün ərizə yazıb. Partiyanın mətbuat katibi Sos Akopyan “Vətən”də respublikaçılarla blok yaratmaqdan narazı qalanların olduğunu inkar etməyib.

Qəzet yazır ki, seçkiqabağı blok siyahısına "Vətən"in lideri Artur Vanetsyan rəhbərlik edəcək, ikinci yerdə İrəvanın keçmiş meri Taron Markaryan olacaq.

Xatırladaq ki, Ermənistanda erkən parlament seçkiləri iyunun 20-də keçiriləcək. Bundan əvvəl Nikol Paşinyan baş nazir vəzifəsindən istefa verib. O, seçkiöncəsi dövrdə hökumət başçısı vəzifəsini müvəqqəti olaraq icra edəcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Sarkisyan  





Xəbər lenti