“Ağdamda qaçqınların ah-naləsini, fəryadını eşidirdim” - Sergey Markov

  05 May 2021    Oxunub : 4378
 “Ağdamda qaçqınların ah-naləsini, fəryadını eşidirdim” -  Sergey Markov
“Azərbaycan hakimiyyəti Ağdamı qısa müddətdə bərpa edəcək. Əminik ki, Ağdam 21-ci əsrin çiçəklənən, ultra müasir şəhərinə çevriləcək”.
Azvision.az xəbər verir ki, bunu rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov deyib.

O, müharibədən sonra da insanların mina partlamasından həyatlarını itirdiyini bildirib. Minaların zərərsizləşdirilməsinin çox böyük səy tələb etdiyini söyləyən politoloq bu işə böyük resurslara malik olan BMT-nin cəlb edilməsini vacib hesab edir.

Bu yaxınlarda Ağdama səfər edən Markov işğaldan azad edilmiş ərazilərlə bağlı təəssüratlarını bölüşərək bildirib:

“Dağıdılmış evlər sanki orada yaşayan və kütləvi təqiblərdən, qətl və soyqırımlarından qaçaraq rayonu tərk etməyə məcbur olan ailələrin qəbirləridir. Mən bütün bunların hamısını görəndə elə bil qaçqınların, o insanların ah-naləsini, fəryadını eşidirdim. Bu mənzərələrdə bir xalqın matəmi, kədəri hiss olunurdu. Ağdam yetərincə böyük şəhər idi. Buranın əhalisi amansız düşməndən dəhşət içərisində qaçıb. Belə məqamlarda insanlığa inam sarsılır. Qarşıda uzanan yola baxanda isə adam bütün varlığı ilə inanır ki, Azərbaycan hakimiyyəti bu şəhəri qısa müddətdə bərpa edəcək”.

Tural Tağıyev
Azvision.az

Teqlər: Markov   Ağdam   Mina