Pakistanda sərhədçilərə hücum edilib - Ölənlər var

Pakistanda sərhədçilərə hücum edilib -  Ölənlər var
  05 May 2021    Oxunub:1978
Pakistan-Əfqanıstan sərhədində yaraqlıların hücumu nəticəsində dörd Pakistan sərhədçisi ölüb, altı nəfər yaralanıb.
Azvision.az bu barədə “RİA Novosti”yə istinadla xəbər verir.

Məlumata görə, Pakistanın Bəlucistan əyalətinin Zhob şəhərində sərhədçilər Əfqanıstandan gələn terrorçular tərəfindən pusquya məruz qalıb. Hücum xidmət işçiləri sərhəddə keşik çəkərkən baş verib.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Pakistan  





Xəbər lenti