Latviya Seymi qondarma “soyqırımı” tanıdı - YENİLƏNİB

Latviya Seymi qondarma “soyqırımı” tanıdı -  YENİLƏNİB
  06 May 2021    Oxunub:4524
Latviya Seymi səs çoxluğu ilə qondarma “erməni soyqırımı”nı tanıyıb.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın Latviya, Litva və Estoniyadakı (iqamətgahı Vilnüs) səfiri Tiqran Mkrtçyan “Facebook”da yazıb.

Onun sözlərinə görə, 100 deputatdan 58-i qətnamənin lehinə səs verib.

Xatırladaq ki, bir gün əvvəl Latviya parlamentinin xüsusi komitəsi qətnamə layihəsini rədd etmişdi. Səsvermədə komitənin doqquz üzvündən biri qətnamənin əleyhinə səs verib, dörd nəfər bitərəf qalıb. Nəticədə sənəd qəbul olunmamışdı.

***
(10:35)

Latviya parlamentinin xüsusi komitəsi qondarma “erməni soyqırımı”nın tanınmasını nəzərdə tutan qətnamə layihəsini rədd edib.

Azvision.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”ın Telegram kanalı məlumat yayıb.

Səsvermə zamanı xüsusi komitənin doqquz üzvündən biri qətnamənin əleyhinə səs verib, dörd nəfər bitərəf qalıb. Nəticədə layihə qəbul edilməyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Latviya  





Xəbər lenti