Arif Quliyev dəfn olundu - YENİLƏNİB

 Arif Quliyev dəfn olundu -  YENİLƏNİB
  07 May 2021    Oxunub:7180
Azərbaycanın Xalq artisti Arif Quliyevlə vida mərasimi keçirilib.
Azvision.az xəbər verir ki, vida mərasimi məhdud sayda insanın iştirakı ilə təşkil olunub.

Daha sonra Xalq artisti "Qurd qapısı" qəbiristanlığında dəfn olunub. Dəfn mərasimində aktyorun ailə üzvləri, yaxınları, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, bir müddət əvvəl koronavirusa yoluxan Xalq artisti Arif Quliyev ötən gün axşam saatlarında dünyasını dəyişib.

Arif Quliyev 1950-ci ildə Əli-Bayramlı şəhərində (indiki Şirvan) anadan olub. Onun “Şans”, “Bığ əhvalatı”, “Qaynana”, “Lift əhvalatı”, “Yarım ştat”, “Evləri köndələn yar” və başqa teletamaşalarda oynadığı rollar tamaşaçıların rəğbətini qazanıb. Bundan başqa, aktyor “Bəyin oğurlanması”, “Yaramaz”, “Bəxt üzüyü”, “O dünyadan salam”, “Qəm pəncərəsi”, “Mənim ağ şəhərim”, “Alma almaya bənzər”, “Ağ gəmi” kimi bədii filmlərdə canlandırdığı obrazlarla yadda qalıb.

Arif Quliyev 1993-cü ildə Xalq artisti fəxri adına layiq görülüb.

Azvision.az


Teqlər: Arif-Quliyev   Xalq-artisti  





Xəbər lenti