“Paşinyan bütün sahələrə güclü zərbə vurub” - Erməni general

 “Paşinyan bütün sahələrə güclü zərbə vurub” -  Erməni general
  07 May 2021    Oxunub:2652
Ermənistanda sabitliyin bərpası və çətin vəziyyətdən çıxış yolu yalnız Paşinyan hökumətinin istefasından sonra mümkündür.
Azvision.az xəbər verir ki, bunu Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) keçmiş direktor müavini Qrant Yepiskoposyan deyib.

O bildirib ki, böhrandan çıxmaq və mövcud çətinliklərin öhdəsindən gəlmək hakimiyyətin istefası olmadan mümkün deyil. MTX-nin keçmiş direktor müavini düşünür ki, Paşinyanın siyasəti ölkədə bütün sahələrə güclü zərbə vurub.

"Fanatik populistlərin xalqı "qara" və "ağ"a bölməsinə imkan vermək olmaz", - deyə general-leytenant bildirib. Yepiskoposyan əlavə edib ki, qarşıdan gələn erkən seçkiləri keçmiş zabitlər diqqətlə izləyəcək.

Daha əvvəl MTX-nin bir qrup keçmiş yüksək rütbəli məmuru “MTX-nin Ehtiyatda olan Zabitlər Birliyi” adlı təşkilat yaradıb. Birliyə Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan, qurumun sərhəd qoşunlarının sabiq komandiri Armen Abrahamyan, keçmiş direktor müavini Qriqori Arutyunyan, sabiq direktorlar Mikael Ambartsumyan, Artur Vanetsiyan və digərləri daxildir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ermənistan  





Xəbər lenti