İsrail ordusu Qəzzadakı silah anbarlarına zərbə endirir

 İsrail ordusu Qəzzadakı silah anbarlarına zərbə endirir
  12 May 2021    Oxunub:3644
İsrail Müdafiə Qüvvələri “Həmas”ın Qəzza zolağındakı mülki binalarda yerləşdirilən silah anbarlarını atəşə tutmağa başlayıb.

Azvision.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin Twitter səhifəsində yerləşdirilən məlumatda deyilir. Hərbçilər bölgədəki mülki insanları təhlükə barədə xəbərdar ediblər və “Həmas”ın obyektlərindən uzaq durmalarına çağırıblar.
Xatırladaq ki, Qəzza zolağına nəzarət edən radikal HƏMAS hərəkatının silahlı birləşmələri olan "İzzəddin Əl-Qəssam briqadaları" Tel-Əviv və ətrafına doğru 130 mərmi atıldığı barədə xəbər yayıb.

Azvision.az


Teqlər: israil   Qəzza  





Xəbər lenti