"Bunu öz həyatları ilə ödəyəcəklər"- Benyamin Netanyahu

   "Bunu öz həyatları ilə ödəyəcəklər"-    Benyamin Netanyahu
  12 May 2021    Oxunub:3970
Fələstinin "Həmas" və “İslam cihadı” qrupları İsrailə qarşı hərəkətlərinə görə cavab verəcəklər. Onlar bunu həyatları ilə ödəyəcəklər.

Azvision.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinə raket hücumlarından danışarkən deyib.
"Təhlükəsizlik güclərinin iştirakı ilə vəziyyəti qiymətləndirmək üçün iclas keçirdik. Onlar İsrailə qarşı etdikləri hərəkətə görə cavab verməli olacaqlar. Bu gün sizə deyirəm - öz həyatları ilə ödəyəcəklər. Biz mənfur düşmənə qarşı birik",- deyə Netanyahu xalqa xüsusi müraciəti zamanı bildirib.

Azvision.az


Teqlər: İsrail  





Xəbər lenti