558 yeni yoluxma qeydə alındı, 13 nəfər öldü

   558 yeni yoluxma qeydə alındı,  13 nəfər öldü
  12 May 2021    Oxunub:2569
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 558 yeni yoluxma faktı qeydə alınıb, 1454 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 13 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 328 min 159 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 309 min 771 nəfər müalicə olunaraq sağalıb, 4726 nəfər vəfat edib. Aktiv xəstə sayı 13 min 662 nəfərdir.

Azərbaycanda son gün ərzində 7155, hazırkı dövrədək 3 353 167 test aparılıb.

Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti