Gədəbəydə iki mülki şəxs minaya düşdü

 Gədəbəydə iki mülki şəxs minaya düşdü
  12 May 2021    Oxunub:3421
Mayın 11-də saat 17 radələrində 2 mülki şəxsin Gədəbəy rayonunun Ermənistanla sərhəd olan ərazisində minaya düşmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.
Gədəbəy Rayon Prokurorluğundan Azvision.az-a bildirilib ki, aparılmış araşdırmalarla Gədəbəy rayon sakinləri 1995-ci il təvəllüdlü Kamran Namazov və 1994-cü il təvəllüdlü Səddam Nəsibovun kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşmələri nəticəsində Kamran Namazovun ağır dərəcəli bədən xəsarəti alması, Səddam Nəsibovun isə müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Faktla bağlı Gədəbəy rayon prokurorluğunda araşdırma aparılır.

Azvision.az


Teqlər: Prokurorluq   Mina   Gəbəbəy  





Xəbər lenti