Prezident Şuşa Rəsm Qalereyasında görülən işlərlə tanış oldu - VİDEO

   Prezident Şuşa Rəsm Qalereyasında görülən işlərlə tanış oldu -  VİDEO
  13 May 2021    Oxunub:3631
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva mayın 12-də Şuşa Rəsm Qalereyasında görülən işlərlə tanış olublar.
Azvision.az xəbər verir ki, Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya qalereyada aparılan işlər barədə məlumat verildi.

Bildirildi ki, burada qaytarılmış Qarabağ xalçalarının sərgisi, “Qarabağ işğaldan əvvəl və sonra”, “Azərbaycan rəssamlarının motivlərində Qarabağ” adlı sərgilərin keçirilməsi nəzərdə tutulur.





Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev   Şuşa  





Xəbər lenti