32 ildən sonra keçirilən “Xarıbülbül” festivalı FOTOLARDA

  32 ildən sonra keçirilən “Xarıbülbül” festivalı    FOTOLARDA
  13 May 2021    Oxunub:6338
Bu gündən başlayaraq Azərbaycanın mədəniyyət paytaxtı Şuşada "Xarıbülbül" musiqi festivalı keçirilir.
Cıdır düzündə təşkil olunan festivalın ilk günündə musiqi kollektivləri çıxış ediblər.

Şuşanın Ermənistanın işğalından azad olunmasından sonra ilk dəfədir belə festival keçirilir. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə baş tutan festivalın iki gün - mayın 12-si və 13-də keçirilməsi nəzərdə tutulub.

Festivalda Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi kollektivlərinin çıxışı, xalq və klassik musiqidən ibarət proqram təqdim edilir. Tədbirə dəvətlilər arasında bir sıra ictimaiyyət və mədəniyyət xadimləri, Qarabağdan, o cümlədən Şuşadan olan tanınmış şəxslər var.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Şuşada Cıdır düzündə təşkil olunan “Xarıbülbül” musiqi festivalında iştirak ediblər.





























Azvision.az



Teqlər: Şuşa   “Xarıbülbül”festivalı  





Xəbər lenti