Bakıda restoranda partlayış olub, 4 nəfər yaralanıb

 Bakıda restoranda partlayış olub,  4 nəfər yaralanıb
  14 May 2021    Oxunub:2671
Bakı şəhərinin Səbail rayonunda restorana aid həyətyanı ərazidə hər birinin tutumu 40 litr olan 3 ədəd məişət qaz balonundan biri partlayıb, digər iki balonun başlıq hissəsi, həmçinin taxta tullantıları 30 m² sahədə yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, partlayış nəticəsində 4 nəfər (restoran işçisi) yanıq xəsarətləri alıb. Xəsarət alanlar yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunaraq təcili tibbi yardım briqadasına təhvil veriliblər.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Azvision.az


Teqlər: Bakı   Partlayış   Qaz-balonu  





Xəbər lenti