FHN əməliyyat görüntülərini yaydı - VİDEO

FHN əməliyyat görüntülərini yaydı -  VİDEO
  15 May 2021    Oxunub:3425
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Azvision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki,“112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 33 yanğına çıxış, 3 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, ötən sutka ərzində 5 nəfər xilas edilib, 4 nəfər təhlükəsiz əraziyə təxliyə olunub, 6 nəfər yanıq xəsarəti alıb, həmçinin Nərimanov rayonunda dördmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsinin eyvanından daş parçasının asılı vəziyyətdə qalması ilə əlaqədar ərazidə xilasedicilər tərəfindən müvafiq təhlükəsizlik tədbirləri görülüb və daş parçası götürülərək təhlükə aradan qaldırılıb.



Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti