Lavrov Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətdən danışdı

Lavrov Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətdən danışdı
  17 May 2021    Oxunub:2163
Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi üçün heç bir səbəb yoxdur.
Azvision.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Lavrov bildirib ki, Rusiya Ermənistana və Azərbaycana sərhədlərin delimitasiyası məsələsində kömək göstərməyə hazırdır.

"Bir atəş belə açılmayıb, hər hansı qarşıdurma baş verməyib. Oturdular, sakitcə vəziyyəti necə həll edilməsi barədə danışıqlara başladılar. Bizdən kömək istədilər, hərbçilərimiz belə kömək etdi, razılaşma əldə edildi. Bu məsələdə emosiyaları qızışdırmaq üçün bir səbəb görmürəm”, - deyə Lavrov əlavə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: SergeyLavrov  





Xəbər lenti