Dahi Üzeyirin ruhu şaddır: Himnimizin bəstələndiyi evdən REPORTAJ - (VİDEO+FOTOLAR)

Dahi Üzeyirin ruhu şaddır:  Himnimizin bəstələndiyi evdən  REPORTAJ - (VİDEO+FOTOLAR)
  24 May 2021    Oxunub:4365
Şuşanın 28 ildən sonra işğaldan azad olunduğu, Cıdır düzündə "Xarıbülbül" musiqi festivalının keçirildiyi bir dönəmdə xatirəsi anılan böyük şəxsiyyətlərdən biri də Üzeyir Hacıbəylidir. Dahi bəstəkarın əziz ruhu indi şaddır. Doğulub-böyüdüyü şəhəri azaddır və orada Üzeyir bəyin ölməz bəstələri səslənir.
Azvision.az-ın əməkdaşları bəstəkarın ev muzeyini ziyarət edərək, onun əsrarəngiz əsərlərini ərsəyə gətirdiyi yaradıcı mühitlə tanış olub.

Üzeyir bəy burada 1915-1942-ci illərdə yaşayıb. Dahi bəstəkarın evi 1975-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə muzeyə çevrilib, həmin ilin noyabrın 20-də təntənəli açılışla ictimaiyyətə təqdim olunub. Muzeyin tərtibatında və hazırlanmasında Azərbaycan Xalq rəssamı Kazım Kazımzadənin və memar Eduard Kruikinin böyuk əməyi olub.

Bəstəkarın 27 il yaşadığı evdə onun bir çox əsərləri, o cümlədən, Azərbaycanın Dövlət Himni, milli musiqimizin tacı olan "Koroğlu" operası ərsəyə gəlib. Muzey 4 otaq (ekspozisiya zalları), şüşəbənd, kinozal, sərgi salonu və administrativ hissədən ibarətdir.

Üzeyir Hacıbəylinin ev muzeyindən hazırladığımız video və fotoreportajı təqdim edirik:















































Şahanə Rəhimli
Foto: Anar Bayramlı
Video: Əhməd Xəlilov, Oğuz Altay

Azvision.az

Qalereya




Teqlər: ÜzeyirHacıbəyov   Ev   Muzey  





Xəbər lenti