Stepanakert yox, Xankəndi! - “Booking”də şəhərin tarixi adı bərpa edildi

  24 May 2021    Oxunub :1363
  Stepanakert yox, Xankəndi!  - “Booking”də şəhərin tarixi adı bərpa edildi
İşğaldan azad edilən Azərbaycan əraziləri dünyada əvvəlki tarixi adları ilə tanınır.

Azvision.az xəbər verir ki, Dağlıq Qarabağın, xüsusilə də Xankəndi şəhərinin bir çox beynəlxalq saytlarda tarixi adı bərpa olunub, ermənilərin sonradan qoyduqları saxta adlardan imtina edilib.
Belə ki, dünyanın məşhur "Booking" platformasında ermənilərin uydurduğu Stepanakert adı Xankəndi ilə əvəzlənib.

"Bir sıra məşhur saytlarda "Stepanakert" (Xankəndi-red.) adı tanınmır. Əgər siz əvvəlcədən onlayn şəkildə Stepanakertdə bir otel otağı sifariş etmək istəyirsinizsə, otelçiliyə aid olan məşhur xarici saytlarda Xankəndi adını yazmalısınız.

Məsələn, dünyaca məşhur "Booking" platformasında Stepanakert əvəzinə Xankəndi yazmalısınız ki, sistem müraciətinizin nə ilə əlaqəli olduğunu başa düşsün. Bundan sonra onlayn rezervasiya etmək istəsək, Xankəndi yazacağıq", - deyə erməni KİV-ləri məlumat yayıb.



Tural Tağıyev
Azvision.az

Teqlər: Xankəndi