“KTMT-nin qapıları Azərbaycan üçün açıq olmalıdır” - Rusiya XİN

 “KTMT-nin qapıları Azərbaycan üçün açıq olmalıdır” -  Rusiya XİN
  24 May 2021    Oxunub:1172
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) qapıları Azərbaycan da daxil olmaqla bütün dövlətlər üçün həmişə açıq olmalıdır.
Azvision.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko jurnalistlərə deyib.

O, həmçinin Azərbaycanın KTMT-yə üzv olmasına maneə yarada biləcək detala diqqət çəkib:

“Söhbət ondan gedir ki, təşkilatın nizamnaməsindəki bir sıra bəndlərə əsasən, iştirakçı ölkələr arasında diplomatik münasibətlər olmalıdır. İndi rəsmi Bakı ilə İrəvan arasında belə bir qarşılıqlı əlaqə yoxdur. Bu, təsdiqlənən kimi - ümid edirik ki, gec-tez bu, baş verəcək- , o zaman məsələ praktik səviyyədə qoyula bilər”.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: AndreyRudenko  





Xəbər lenti