“Pandemiya ilə mübarizəyə xeyli vəsait xərclənib” - Samir Şərifov

 “Pandemiya ilə mübarizəyə xeyli vəsait xərclənib” -    Samir Şərifov
  24 May 2021    Oxunub:1765
Prezident İlham Əliyevin digər sahələrdə olduğu kimi, iqtisadiyyat sahəsində də apardığı uzaqgörən siyasəti və atdığı çevik addımları nəticəsində ölkəmizdə makroiqtisadi sabitlik qorunub saxlanır.
Azvision.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.

Nazir bildirib ki, pandemiyanın yaratdığı problemlərə baxmayaraq, ordu quruculuğunda və digər sahələrdə mühüm işlər görülüb.

"Dövrün çağırışlarına zamanında adekvat reaksiya verilib. 2020-ci ildə ölkəmizdə kənd təsərrüfatı və nəqliyyat sektorlarında irəliləyiş müşahidə olunub. Manatın sabitliyinin qorunması inflyasiyanın qarşısının alınmasına kömək edib. Dövlət büdcəsindən pandemiya ilə mübarizəyə xeyli vəsait xərclənib. Buraya dəstək proqramları, sosialyönümlü xərclər daxildir. Modul tipli xəstəxanaların açılmasına, tibb işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına və ümumilikdə səhiyyə sahəsinə dövlət büdcəsindən 600 milyondan çox vəsait xərclənib. Təkcə səhiyyə işçilərinə 186 milyon manat vəsait ödənilib".

S.Şərifov qeyd edib ki, hesabat ilində dövlət büdcəsinin 3,1 faizi sosialyönümlü xərclərə sərf olunub. O əlavə edib ki, qeyri-neft sektorunda büdcə daxilolmaları 10 milyard 680 milyon manat təşkil edib ki, bu da nəzərdə tutulandan çoxdur.

Azvision.az


Teqlər: Maliyyə   Nazir   Samir-Şərifov  





Xəbər lenti