Kraliça İlham Əliyevi təbrik etdi

   Kraliça İlham Əliyevi təbrik etdi
  24 May 2021    Oxunub:1143
Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Azvision.az xəbər verir ki, təbrik məktubunda deyilir:

"Zati ailələri,

Milli bayramınız - Respublika Günü münasibətilə Azərbaycan xalqına və Zati-alinizə təbriklərimi, ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

Keçirdiyimiz bu çətin ildən sonra qlobal səhiyyənin üzləşdiyi maneələri dəf edəcəyimizə və gələcəkdə daha gözəl günlər yaşayacağımıza olan ümidimi ifadə etmək istəyirəm".

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev   Məktub   Təbrik  





Xəbər lenti