“Bəzi mövzularda Ankara ilə Moskva arasında ciddi fikir ayrılığı var” - Lavrov

  24 May 2021    Oxunub :591
“Bəzi mövzularda Ankara ilə Moskva arasında ciddi fikir ayrılığı var” -  Lavrov
“Həqiqətən də bir sıra beynəlxalq mövzularda Ankara ilə Moskva arasında ciddi fikir ayrılıqları var. Lakin bu, türk tərəfdaşlarımızla sıx siyasi dialoq aparmağımıza və müxtəlif sahələrdə - enerjidən turizmə qədər qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməyimizə mane olmur.
Azvision.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“Unutmayaq ki, Türkiyə NATO ölkəsi olaraq, Vaşinqtonun ciddi təzyiqlərinə baxmayaraq, yalnız Rusiyadan qabaqcıl hərbi texnika əldə etməkdə maraqlı deyil, həm də müasir S-400 hava hücumundan müdafiə sisteminin alınması üçün böyük bir müqavilə imzalayıb”, - Lavrov deyib.

XİN rəhbəri əlavə edib ki, Dağlıq Qarabağ zonasında, 30 yanvar tarixindən etibarən atəşkəsə və bütün döyüş əməliyyatlarına nəzarət etmək üçün türkiyəli tərəfdaşlarla birgə ortaq mərkəz fəaliyyət göstərir. Bu mərkəz mümkün pozuntuları yalnız vizual müşahidə üsulları ilə izləyir:

“Beləliklə, mövcud fikir ayrılıqlarını qiymətləndirmədən, Türkiyə ilə əməkdaşlığı inkişaf etdirərkən ortaq maraqlarımıza dair strateji baxışı rəhbər tutmağa davam edəcəyik. Əminəm ki, bu həm rus, həm də türk xalqlarının istəklərinə cavab verir”.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: SergeyLavrov   Türkiyə