“Azərbaycan saysız imkanlar təklif edən ölkədir” - Britaniyalı nazir

 “Azərbaycan saysız imkanlar təklif edən ölkədir” -  Britaniyalı nazir
  24 May 2021    Oxunub:1129
“Azərbaycan saysız imkanlar təklif edən bir ölkədir”.
Azvision.az xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Beynəlxalq Ticarət Departamentinin İxracat üzrə naziri Qraham Stuart Tvitter hesabında yazıb:

"Qala Tarix və Etnoqrafiya Qoruğundakı “Tullantıdan sənətə” sərgisində nümayiş olunan ecazkar yaradıcılığı görməkdən başlamış, məşhur Bakı bulvarının füsunkar mənzərələrinə qədər, Azərbaycan saysız imkanlar təklif edən bir ölkədir. Münasibətlərimizi möhkəmləndirməyə davam edəcəyimizi səbirsizliklə gözləyirik".

Xatırladaq ki, britaniyalı nazir ötən həftə 3 günlük səfərlə Azərbaycanda olub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: QrahamStuart  





Xəbər lenti