“Azərbaycanla münasibətlər daha da güclənəcək” - Koreya Prezidenti

  “Azərbaycanla münasibətlər daha da güclənəcək” -    Koreya Prezidenti
  24 May 2021    Oxunub:1095
Koreya Respublikasının Prezidenti Mun Ce-in Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.
Azvision.az xəbər verir ki, mətndə deyilir:

"Zati-aliləri,

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi və xalqınızı səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz arasındakı münasibətlər gələcək illərdə daha da güclənəcək, xalqlarımızın dostluğu və əməkdaşlığı daha da dərinləşəcək.

Zati-alinizə möhkəm cansağlığı və bütün işlərinizdə davamlı uğurlar, Azərbaycan xalqına firavanlıq arzu edirəm".

Azvision.az


Teqlər: Koreya   Prezident  





Xəbər lenti