“Seçkilər çox ağır və çətin olacaq” - Akopyan

“Seçkilər çox ağır və çətin olacaq” -  Akopyan
  24 May 2021    Oxunub:1310
Erməni siyasi ekspert Viqen Akopyan Ermənistanda planlaşdırılan növbədənkənar parlament seçkiləri barədə bədbin proqnoz verib.
Azvision.az xəbər verir ki, o, seçkilərin qalmaqallarla yadda qalacağını proqnozlaşdırır:

“Çox sərt və çətin seçkilər olacaq. Hakim partiyanın seçkilərdə qazanması üçün kifayət qədər səsi yoxdur. Əllərindəki resurslardan maksimum istifadə etməyə çalışacaqlar. Erməni Milli Konqresinin müəyyən həddi aşmaq üçün ciddi mübarizə aparacağını istisna etmirəm․ Onların öz sadiq seçiciləri var. Paşinyanın seçicilərindən səslər ala bilərlər", -deyə erməni ekspert bildirib.

Qeyd edək ki, Ermənistanda erkən parlament seçkiləri iyunun 20-də keçiriləcək.

Tural Tağıyev
Azvision.az


Teqlər: Seçki   Ermənistan  





Xəbər lenti