Bakıda ağır qəza, 3 nəfər öldü

  24 May 2021    Oxunub :438
   Bakıda ağır qəza,    3 nəfər öldü
Mərdəkan yolunda baş verən avtoqəza nəticəsində daxil olan çağırış əsasında hadisə yerinə 5 təcili Tibbi Yardım Briqadası göndərilib.
Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Azvision.az -a verilən məlumata görə, 3 nəfər (1 qadın, 2 kişi) hadisə yerində dünyasını dəyişib. 6 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə 3 saylı Kliniki Tibbi Mərkəzə aparılıblar.

Aytən Zəhra
Azvision.az

Teqlər: Təciliyardım   Qəza