Azərbaycan kubokunun finalı: Start heyətlər müəyyənləşdi

  Azərbaycan kubokunun finalı:    Start heyətlər müəyyənləşdi
  24 May 2021    Oxunub:1069
Futbol üzrə Azərbaycan Kubokunun finalında üz-üzə gələcək “Keşlə” və “Sumqayıt” klublarının start heyətləri açıqlanıb.
Azvision.az -ın məlumatına görə, “Sumqayıt ” klubunun start heyətində meydana Aydın Bayramov, Xəyal Nəcəfov, Elvin Bədəlov, Vüqar Mustafayev, Rəhim Sadıqov, Tellur Mütəllimov, Cəmaləddin Xocaniyazov, Əli Qurbani, Höccət Haqverdi, Murad Xaçayev və Süleyman Əhmədov çıxacaqlar.

“Keşlə”nin start heyətində Stanislav Namaşko, Azər Salahlı, Rəhman Hacıyev, Tural Axundov, Şəhriyar Əliyev, Miyusko Boyoviç, Sezar Meza Kolli, Silvio Rodriqes, Sadio Tonkara, Anatole Abanq və Rafael Məhərrəmli yer alıblar.

Qeyd edək ki, Masazırdakı “Bank Respublika Arena”da keçiriləcək qarşılaşma saat 19:30-da başlayacaq.

Azvision.az


Teqlər: Kubok   Final  





Xəbər lenti